Mədəniyyət

"Çıraqqala" restavrasiya olunacaq - VİDEO

21 Aprel 2014 16:48
0 Şərh     Baxış: 3 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çıraqqala"da turistlər üçün informasiya mərkəzi və inzibati binanın tikilməsi də planlaşdırılıb

17 bürcdən ibarət olan "Çıraqqala" qülləsinin indi 4-ü salamat qalıb. Yaxın vaxtlarda abidədə restavrasiya və bərkitmə işlərinin aparılması nəzərdə tutulub. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyində bu məqsədlə müvafiq lahiyə təsdiq olunub. Şabran rayon mərkəzindən 25 km məsafədə yerləşən bu tarixi abidə Çanaqqaya adlanan sıldırım qayanın zirvəsində qərar tutub. "Çıraqqala" ərazinin ən hündür dağ zirvəsindəki nəhəng qaya üzərində tikilən müdafiə xarakterli qaladır.

Bu qüllə Gilgilçay səddinin baş qarovulxanası olub. Silindirvari bürclərlə möhkəmləndirilən qala divarları qapalı quruluş əmələ gətirir. Qayanın zirvəsində qala divarlarına bitişik baş bürc ucalır. Qalanın divarları və yarımdairəvi bürcləri daşdan tikilib, yalnız baş bürcə kərpiçdən üzlük çəkilib. Qalanın V-VI əsrlərdə Sasanilər dövründə tikildiyi və XVIII əsrədək istifadə edildiyi ehtimal olunur. Adından göründüyü kimi qala müdafiə məqsədi ilə kəşfiyyat xarakterli tikilidir. Qala, əsasən, düşmən ordularının gəlişi və digər məlumatları tonqal vasitəsi ilə Azərbaycanın diqər qalalarına və məntəqələrinə çatdırırdı.
 

"Çıraqqala", əsasən, Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edib. Bundan əlavə qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları mövcuddur. "Çıraqqala"nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır.

"Çıraqqala"da turistlər üçün informasiya mərkəzi və inzibati binanın tikilməsi də planlaşdırılıb. Turistlər abidəni, əsasən, yay aylarında ziyarət edir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.