Mədəniyyət

“Sənətkarın dostu” layihəsi çərçivəsində Mələkxanım Eyubova ilə görüş keçiriləcək

10 Yanvar 2025 12:48
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, xanəndə Mələkxanım Eyubova ilə görüş keçiriləcək.

Şamaxı səhər İncəsənət Təhsili Mərkəzində baş tutacaq görüşdə muğam sənətinin tarixi və inkişafı, milli musiqi mədəniyyətinin təbliği və tədrisi mövzularında söhbət aparılacaq. Sənətkarın və istedadlı gənclərin ifasında müxtəlif muğam və təsniflər təqdim olunacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.