Mədəniyyət

“Bakı payızı-2023. 35 il sonra” İstedadlar müsabiqəsinin 2-ci turu başlayır

7 Oktyabr 2023 14:10
Baxış: 1 046
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bakı payızı-2023. 35 il sonra" İstedadlar müsabiqəsinin 2-ci turu başlayır  

Azərbaycan Televiziyası və Mədəniyyət kanalında yayımlanan "Bakı payızı-2023. 35 il sonra" müsabiqəsinin 1-ci turu başa çatdı.

Milli.Az xəbər verir ki, layihə "Best Cast Talent Agency" & "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Baş sponsor - Nizami Boutique House. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.

Layihənin bu turunda pop və rok qrupları Azərbaycan dilində bəstəkar və xalq mahnılarını ifa edildi. Onların çıxışlarını jüri üzvləri -  xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni  İlqar Xəyal, əməkdar artist Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva  qiymətləndirdi.

1-ci turun nəticələrinə görə toplanan xallar:

1-ci tur. 1-ci hissə
"Şan"qrupu-44 xal
"Passion"qrupu-61 xal
"Portage"qrupu-64 xal
"Glass Band"qrupu-64 xal
"El Band" qrupu-64 xal
"Etude Band"qrupu -60 xal
"Asiman"qrupu-55 xal

1-ci tur. 2-ci hissə
Anar Əhməd və"Endorfin"qrupu-53 xal
"Əl-ələ"qrupu-65 xal
"Dədə-baba"qrupu-61 xal
"H-3 Collective" qrupu-68 xal
"Sabah" qrupu-68 xal
"The Excellent Music Band" qrupu-58 xal
"Ecstasy"qrup-50 xal

Efir:

https://www.youtube.com/watch?v=uZdIwr6z_UU

https://www.youtube.com/watch?v=DZqu4JBRgFA

2-ci turda adı çəkilən qruplar xarici mahnılarla çıxış edəcək.

Həmin turu 7 və 8 oktyabr tarixlərində AzTV kanalında saat 15:00-da və Mədəniyyət kanalında  saat 23:00-da (təkrar) izləyə biləcəksiniz.

Qeyd edək ki, Qala konsert 3 noyabr tarixində saat 19:00-da Heydər Əliyev sarayında keçiriləcək.

Biletləri əldə etmək üçün:
https://iticket.az/events/concerts/baku-autumn-2023-gala-concer/100234

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.