Mədəniyyət

Azərbaycanda rəqs sahəsinin inkişafı üçün keçirilən yarışma davam edir - FOTO

8 İyun 2023 17:38
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Gənclər İttifaqı (AGİ) və Azərbaycan Rəqs Assosiasiyası (ARA) 2023-cü il 11 iyun tarixində Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət evində "Azərbaycan Rəqs Çempionatı" adlı müsabiqə keçirəcəkdir. Hər il olduğu kimi bu ildə böyük maraqla qarşılanacağı ehtimal olunur.

Müsabiqənin yaş kateqoriyalarına daxildir:

körpə (6 yaşa kimi),

uşaq (7-10 yaşa kimi),

yeniyetmələr (11-15 yaşa kimi),

böyüklər (16-25 yaşa kimi)

profi (25dən yuxarı)

Yarışda rəqs növləri nümayiş olunacaq:

Etnik folklor,
Folklor stilizasiya,
Folk show,
Dünya xalqlarının rəqsləri,
Klassik rəqs,
Rəqs şousu,
Hip-hop və Breyk-dans,
Milli rəqs,
Klassik hind rəqsi,
Müasir hind rəqsi (bollywood).

Hər bir rəqs növləri üzrə aşağıdaki nominasiyalar mövcüddur:

solo,
duet,
kiçik qrup (3-7 nəfər),
qrup (8-12 nəfər),
ansambl (13-20 nəfər),
böyük ansambl (21-50 nəfər).

Münsiflər heyətini sizlərə təqdim edirik: Rimma Məmmədova (Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi), Ülviyyə Həsənova, Tahir Eynullayev, Fərhad Əliyev, Fərid İbrahimov (Azərbaycan Respublikasının əməkdar artisti).

"Yarışın keçirilməsində əsas məqsəd rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri xoreoqrafiya sənətinə cəlb etməkdir."- deyə Azərbaycan Rəqs Assosasiyasının sədri Əziz Əzizov vurğulayıb.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Əlaqə üçün:

Azərbaycan Gənclər İttifaqı

Azerbaijan Youth Union

[email protected]

+99412 511 26 11

+99450 250 22 93

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.