Mədəniyyət

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

8 İyun 2023 15:58
Baxış: 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyun ayının 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.

Konsertdə dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə solistlər - beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Azərbaycan Respublikasının Əməkdar artisti Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.

Proqramda L.v.Beethovenin Piano və orkestr üçün c-moll Konserti (op. 37, №3), G.Faurénin "Pelléas et Mélisande" süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin "Şəhrizad" vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və "Vals" xoreoqrafik poeması səslənəcək.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.