Mədəniyyət

"Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali keçirildi - FOTO

31 May 2023 18:10
Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HEYDƏR ƏLİYEV İli"nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə keçirilən "Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali Xətai Rayon İcra Hakimiyyətinin qarşısında keçirildi.

Tədbiri giriş sözü ilə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri  Pənah İmanov  açaraq  tədbir iştirakçılatını salamladı.
Söz alan  Xətai rayon  İcra başçısının müavini  Rafiq İsayev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ,  Neft -Kimya  Prosesləri İnstitunun   direktoru,akademik Vaqif  Abbasov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı, professor Ağəli İbrahimov, Əməkdar İncəsənət Xadimi, sənətşünas  Ziyatxan  Əliyev, Xətai Sənət Mərkəzinin direktotu Zahid  Əvəzov öz  ürək sözlərini  festival  iştirakçıları ilə bölüşdülər.

Tədbirin bədii hissəsi  Xətai rayonunun  müxtəlim musiqi kollekiflərinin çıxışları ilə  davam etdi. Rəssam Cəlal Ağayevin  fesival iştirakçıları üçün  nəzərdə tutulmuş  master klası ilə davam etdi.

Festival hər yaş qrupu üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması və  təntənəli bağlanışla başa çatdı. 

Nəzərinizə  çatdıraq ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə  "Azərbaycanim" VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində mövzusu "Güllər" olan uşaq yaradıcılıq müsabiqəsi elan olunmuşdur.

Müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və ya yaradıcılıq müəssəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənc 3000-dən çox əsər göndərmişlər və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilmişdir və bu əsərlər növbəli olaraq Xətai Sənət Mərkəzinin sərgi zalında sərgilənmişdir vəhər yaş kateqoriyasından 10 uşaq olmaqla, ümumilikdə 30 uşaq   festivala     dəvət olunmuşdur

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.