Mədəniyyət

Nazir Tamara Sinyavskayaya "Şərəf" ordenini təqdim edib

26 Avqust 2022 21:12
Baxış: 1 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov avqustun 26-da böyük sənətkar, vokal sənətinin unudulmaz səsi Tamara Sinyavskayaya "Şərəf" ordenini təqdim edib.

Mədəniyyət Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazir görkəmli opera müğənnisinə gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.

Sonda böyük sənətkarla xatirə şəkli çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixində Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə SSRİ Xalq artisti Tamara Sinyavskayanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.