Hadisə, Kriminal

Oyun zamanı gənc futbolçunun ürəyi dayandı

3 Sentyabr 2021 20:36
0 Şərh     Baxış: 1 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə gənclər kubokunun "Boston Yunayted" - "Vest Bridcford" matçında qorxunc hadisə yaşanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüş zamanı gənc futbolçulardan biri infarkt keçirib.

Matç dayandırılıb və azarkeşlərdən tribunanı tərk etmələri istənilib.

Hadisə yerinə üç təcili tibbi yardım maşını gəlib. Həkimlər bir neçə dəfə defibrilatordan istifadə etsələr də, oyunçu tibbi müdaxiləyə reaksiya verməyib.

Gənc futbolçu Nottinqemdə tibb mərkəzinə aparılıb. Həkimlər onun həyatı üçün mübarizəni davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.