Hadisə, Kriminal

Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - FOTO

26 Oktyabr 2011 18:44
0 Şərh     Baxış: 754
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Alayının inspektoru İbrahim Rüstəmov məlumat verib.

Məlumata görə, ötən gecə yağışlı hava şəraitində Bakı-Qazax yolunun 110-cu kilometrliyində Gəncə sakini, 1955-ci il təvəllüdlü Kərimov Novruz Aydın oğlu "İkarus" markalı sərnişin avtobusunun idarəetməsini itirərək metal mühafizə səddini qırıb və qarşı yola çıxıb. Hadisə zamanı xəsarət alan olmayıb. Avtobus və bir neçə metr metal mühafizə səddi yararsız hala düşüb.

Faktla bağlı BDYPİ-nin istintaq idarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.