Hadisə, Kriminal

Bakıda qətl hadisəsi baş verib

6 Aprel 2010 09:16
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gecə paytaxtın Nizami rayonu ərazisində, Qara Qarayev prospektində qətl hadisəsi baş verib.

Hadisə nəticəsində 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Əliyev Naib Nail oğlu mübahisə zəminində Etibar Mustafayevi bıçaqla qətlə yetirib. Qeyd edək ki, Naib Əliyev Mustafayevi öldürdükdən sonra könüllü olaraq Nizami rayon polis idarəsinə gələrək təslim olub. Polis əməkdaşları Əliyevin qətli törədərkən istifadə etdiyi bıçağı hadisə yerində aşkar edərək maddi sübüt kimi istintaqa təhvil veriblər.

İlkin araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilmiş şəxslə Naib hadisədən əvvəl metronun "Qara Qarayev" stansiyasının yaxınlığındakı kafelərdən birində yeyib-içiblər. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Mübahisənin səbəbi isə Etibarın Naibdən şalvarını soyunmasını tələb etməsi olub. Mustafayevin tələbinə əməl etməyən Naib daha sonra üzərində gəzdirdiyi bıçaqla ona Qara Qarayev metrostansiyasının yaxınlığında bir bıçaq zərbəsi endirib.

Bıçaq xəsarəti alandan sonra isə Etibar Mustafayev metroya düşməyə cəhd edib, lakin zərbə daxilə nüfuz etdiyindən, Etibar daxili qanaxma nəticəsində elə stansiyanın girişindəcə dünyasını dəyişib.

Hadisə yerinə Nizami rayon polis idarəsi 25-ci polis bölməsinin, o cümlədən prokurorluğun əməkdaşların cəlb olunub. Etibar Mustafayavin qətlə yetirildiyi ünvan və meyid müayinədən keçirilib və müvafiq istintaq hərəkətləri icra olunub.

Artıq faktla bağlı Nizami rayon prkurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişi zamanı Naib Əliyevin Etibar Mustafayevi qətlə yetirməsinin dəqiq səbəbləri və hadisənin motivinə aydınlıq gətiriləcək.

/ANS TV/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.