Hadisə, Kriminal

“Elə yığmağa başlamışdım, tutdular” – Narkotik becərən iş başında tutuldu - VİDEO - FOTO

13 Sentyabr 2018 17:04
1 Şərh     Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balakəndən gəlib Qaxda narkotik əkdi, ancaq arzusuna çatmadı, yaxalandı.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Qax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.

Ətrafında aparılan araşdırma nəticəsində Bəhruz Layıcov tərəfindən rayonun Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilən 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 54 yaşlı Bəhruz Layıcov narkotik istifadəçisi olduğunu və yetişdirdikdən sonra əldə edəcəyi gəlirlə ayağını əməliyyat etdirmək istədiyini söyləyib.

"Ayağım operasiya olunmalıdır. Özüm də çəkəniyəm. Elə yığmağa başlamışdım, tutdular. Yaşamağıma peşimanam", - deyə saxlanılan şəxs Bəhruz Layıcov bildirib. 

Faktla bağlı Qax RPŞ-nın İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.