Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Prokurorluq: "Bəxtiyar Hacıyev hərbi xidmətə getməkdən imtina edib"
27 Yanvar 2011 18:49
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, Azərbaycan Konstitusiyası vətəni müdafiə etməyi, qanunla müəyyən olunmuş qaydada hərbi xidmət keçməyi hər bir vətəndaşın borcu və əsas vəzifələrindən biri kimi təsbit edib. Bəzi hallarda vətəndaşlar tərəfindən həmin konstitusion vəzifələrin yerinə yetirilməsindən qəsdən imtina olunması hallarına yol verilir.
Belə ki, 1982-ci ildə anadan olmuş Gəncə şəhər sakini Hacıyev Bəxtiyar İlyas oğlu 2 yanvar 2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında həkim komissiyasından keçərək hərbi xidmətə yararlı hesab edilib.
Həqiqi hərbi xidmətə çağırışla bağlı Bəxtiyar Hacıyevə ilk dəfə Ağdaş özəl türk litseyində təhsil alması, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində, 2004-2006-cı illərdə isə Xəzər Universitetində təhsilini davam etdirməsi ilə əlaqədar hərbi komissarlıq tərəfindən möhlət hüququ verilib.
O, 30 iyun 2006-cı il tarixdə möhlət hüququnun bitməsinə baxmayaraq, həmin tarixdən qeydiyyatda olduğu Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gəlməyib. Bəxtiyar Hacıyev 10 iyul 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığında təkrar olaraq tibbi komissiyadan keçərək hərbi xidmətə yararlı hesab edilib və onun adı 8 sentyabr 2010-cu il tarixdə 2010-cu ilin oktyabr çağırışına çağırılmalı olan çağırışçıların siyahısına əlavə olunaraq həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilib. Lakin o, çağırışın aparıldığı vaxtda komissarlığa gəlməyib.
Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq 19 noyabr 2010-cu il tarixdə Nizami rayon hərbi komissarlığına gətirilib və həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar həkim komissiyasından keçməsi təklif olunub. Lakin o, həkim komissiyasından keçməkdən, çağırış vərəqəsinə və iltizama imza atmaqdan imtina edib.
27 dekabr 2010-cu il tarixdə Gəncə şəhəri Nizami rayon hərbi komissarlığı tərəfindən Bəxtiyar Hacıyevin hərbi xidmətdən boyun qaçırması ilə əlaqədar toplanmış materiallar Gəncə şəhər prokurorluğuna göndərilib. Araşdırmalarla əlaqədar Bəxtiyar Hacıyev 28, 30 dekabr 2010-cu il, 01 yanvar 2011-ci il tarixlərdə məktublar yazılmaqla poçt, 6 yanvar 2011-ci ildə isə telefon vasitəsilə çağırılmasına baxmayaraq, prokurorluğa gəlməkdən imtina edib.
24 yanvar 2011-ci il tarixdə Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində saxlanılaraq Gəncə şəhəri Nizami rayon hərbi komissarlığına gətirilib, lakin hərbi xidmətə getməkdən yenidən imtina edib.
Həmin tarixdə hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Gəncə şəhər prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Milli.Az

XƏBƏR LENTİ
-
"Maaşımı verməsəniz, gedirəm!"
-
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
-
Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
-
ABŞ-ın gizli İran planı ifşa olundu
-
Dənizdə batan şəxs müstəntiq işləyirmiş
-
Temperatur 40 dərəcə qalxacaq - Proqnoz
-
Ermənistan güləşçiləri Bakıya gəldi
-
Husilərlə Cüneyd qəbiləsi arasında döyüşlər başladı
-
“Şamaxı” Qətər klubuna qarşı yoxlama oyununa çıxacaq
-
"Bayer" yeni transferini etdi
-
Prezident İlham Əliyev Maldiv Prezidentini təbrik edib
-
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
-
Ölkədə hava necə olub? - Rəsmi
-
Ukraynadan Rusiya ordusunun itkiləri ilə bağlı son statistika
-
Cənubi Çin dənizində gəmi batdı - 23 nəfər itkin düşdü
-
Bakıda evdə meyit aşkarlandı
-
Naxçıvanda təcili tibbi yardım avtomobili aşdı - 4 yaralı var
-
Səudiyyə Ərəbistanında hava həyəcanı: Husilər neft obyektlərini hədəf aldı
-
Zelenski Rusiyanın Şimali Koreya planını açıqladı
-
Elbrus dağında faciə: İki alpinist öldü, dörd nəfər itkin düşdü
-
Şəkidə ağır qəza: Ölən və yaralanan var
-
Xəzər dənizində zəlzələ oldu
-
Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Göz dəymə və nəfsə qarşı xalq təbabəti