Hadisə, Kriminal

Qobustan həbsxanasına göy soğanın içərisində heroin keçirmək cəhdi - FOTO-YENİLƏNİB

27 Yanvar 2011 18:55
Baxış: 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Penitensiar Xidmətin Qobustanda yerləşən həbsxanasına göy soğanın içərisində narkotika keçirilməsinə cəhd edilməsi barədə məlumat vermişik. Həmin hadisə ilə bağlı fotoları təqdim edirik.

--------------
26 yanvar
13:03

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, yanvarın 25-də Qobustan qəsəbəsində yerləşən həbsxanada cəza çəkən 47 yaşlı məhkum Nəsirli Elcin Qorxmaz oğlunun yanına qısa müddətli görüşə gəlmiş qohumu, Bakı şəhər sakini Allahverdiyev Ayaz Vahid oğlunun gətirdiyi sovqata baxış keçirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göy soğanın saplağının içərisində gizlədilmiş iki bukum yaşıl sellofanda olan narkotik maddələr - xalis çəkiləri 0,45 qram marixuana və 1,028 qram heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Nəsirli Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama, istifadə etmə), 66.3-cu maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.