Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ASAN xidmət" adından sui-istifadə edənlər cəzalandılar
7 Avqust 2014 19:47
0 Şərh
Baxış: 2 266
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özlərini "ASAN xidmət" mərkəzinin əməkdaşları kimi təqdim edərək korrupsiya cinayəti törətmiş şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işləri üzrə məhkəmələr tərəfindən müvafiq ittiham hökmləri çıxarılmışdır.
Milli.Az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Salyan, Saatlı, Bərdə və Şəki rayon sakinlərinin "Daşınmaz Əmlakın Qiymətləndirilməsi" MMC-nin Bərdə rayonu üzrə mütəxəssisi Vüsal Baxşəliyevin özünü "ASAN xidmət" mərkəzinin əməkdaşı kimi təqdim edərək yaşayış evlərinə dair mülkiyyət hüququ verilməsi haqqında qeydiyyat şəhadətnaməsinin verilməsi müqabilində onlardan müxtəlif məbləğlərdə pul alması barədə müraciətləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaqı aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, V.Baxşəliyev cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qanuni fəaliyyətdən kənara çıxaraq, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə məqsədilə özünü "ASAN xidmət" mərkəzinin əməkdaşı kimi təqdim edərək 2014-cü ilin fevral ayında 19 nəfər Bərdə rayon sakinindən ümumilikdə 420 manat pulu ələ keçirərək dələduzluq etmiş, xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb "ASAN xidmət" mərkəzinin fəaliyyətini nüfuzdan salan, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə ləkə gətirən həmin hərəkətləri ilə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur.
V.Baxşəliyev Cinayət Məcəlləsinin 178.2.3, 309.1 və 313-cü maddələri ilə təqsirli bilinərək Bərdə rayon məhkəməsi tərəfindən barəsində müvafiq ittiham hökmü çıxarılmışdır.
Digər cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində "SF Qiymətləndirmə" MMC, "Kamal-SF" MMC-nin "Daşınmaz Əmlakın Qiymətləndirilməsi" MMC və "Qiymətləndirmə Xidməti" MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək fiziki şəxslərin hüquqlarına və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq yolu ilə özgə əmlakının ələ keçirilməsi faktlarına görə başlanmışdır. Həmin cinayət işinin materiallarından "Daşınmaz Əmlakın Qiymətləndirilməsi" MMC-nin qiymətləndirici mütəxəssisi Hüseyn Abdullayevin barəsində cinayət işi ayrılaraq istintaqı aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, H.Abdullayev cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qanuni fəaliyyətdən açıq-aşkar surətdə kənara çıxaraq, öz səlahiyyətləri dairəsinə daxil olmayan hərəkətlər etməklə, yəni vəzifə səlahiyyətlərini aşaraq 2014-cü ilin fevral ayında Saatlı şəhər sakinlərinə özünü "ASAN xidmət" mərkəzinin əməkdaşı kimi təqdim edərək, fərdi yaşayış evləri üçün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsini, evlərinin qiymətləndirilməsi barədə sənəd verəcəyini bildirib onlardan ümumilikdə 200 manat almaqla korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərə ləkə gətirən həmin hərəkətləri ilə vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur.
Saatlı rayon məhkəməsinin hökmü ilə H.Abdullayev Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq ittiham hökmü çıxarılmışdır.
Milli.Az

XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu