Baş Prokurorluq: "Ərşad İbrahimov "Azadlıq" qəzetinin əməkdaşı deyil, reket jurnalistdir" - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Reket jurnalist Ərşad İbrahimov 2012-2013-cü illərdə ayrı-ayrı vaxtlarda Kəlbəcər rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat məbləğində vəsaiti hədə-qorxu ilə tələb edib, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün 13 aprel 2013-cü il tarixdə "YouTube" internet portalında "Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb" başlıqlı informasiya yerləşdirib.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
O qeyd edib ki, M.Bağırovun müraciəti əsasında Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ə.İbrahimova həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. İş üzrə istintaq tamamlanaraq baxılması üçün Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə baxışı zamanı Ə.İbrahimov şahidlərə qanunsuz təsir göstərməklə məhkəmənin normal gedişinə mane olduğuna görə barəsində həbs qətimkan tədbiri seçilib.
Bəzi kütləvi informasiya vasitələrində Ə.İbrahimovun guya "Azadlıq" qəzetinin əməkdaşı olması barədə informasiyalar həqiqəti əks etdirmir.
-----------
15:28
"Azadlıq" qəzetinin əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib
Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun şikayəti əsasında "Azadlıq" qəzetinin əməkdaşı Ərşad İbrahimov barəsində Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 182 (Hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin istintaqı yekunlaşaraq Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu gün keçirilən prosesdə Ə.İbrahimov barəsində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Kəlbəcər rayon sakini Fərqanə Əhliman qızı Ələkbərova "Youtube"da yayılan videoda Məhəmməd Bağırovun ona cinsi əlaqə təklif etdiyini və bunun müqabilində ona saxta diplom, Bakı şəhərində ev, maşın alacağını bildirib.
Xatırladaq ki, Məhəmməd Bağırov bununla bağlı APA-ya açıqlamasında bütün bunların ona qarşı edilən təxribat olduğunu bildirmişdi. Onun sözlərinə görə, kimsə bu işləri görməklə ona zərər vurub işdən çıxartdırmaq istəyib: "Kimsə Məhəmmədə tələ qurub onu işdən çıxarmaq istəyir, ona görə də videonu çəkən və yayan Ərşadın əli ilə bu işi görür. Mən hacı, seyid adamam. Əgər bu gün həmin qıza əlavə söz demişəmsə, namusum, qeyrətim ən pis ləkələnmiş ermənilər kimi olsun. Onların hamısı dünənki uşaqlardır. Onlara mən ancaq köməklik edə bilərəm. Amma belə işlər mənlik deyil".
Onu da xatırladaq ki, Məhəmməd Bağırov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.
Baş Prokurorluğun bununla bağlı yaydığı məlumatda bildirilib ki, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Məhəmməd Bağırovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq müxtəlif dövrlərdə 30-dan artıq şəxsi saxta diplomlar əsasında şöbənin tabeliyində olan ayrı-ayrı ümumtəhsil məktəblərinə işə qəbul etməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə rayon təhsil şöbəsinin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu





