Hadisə, Kriminal

Bakıda seksual manyak polis bölməsindən qaçdı

21 Aprel 2014 18:12
5 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda manyakın yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır

Milli.Az anspress-ə istinadən xəbər verir ki, aprelin 19-da Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər edən şəxs saxlanılıb.

Belə ki, günorta saatlarında özünə məxsus "Mercedes" markalı avtomobili ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirilən Sabunçu rayon, Bakıxanov qəsəbə sakini olan 1984-cü il təvəllüdlü İlkin Qasımovun ifadəsi alınıb. O, ilkin ifadəsində qadınlara qarşı seksual xarakterli hərəkətlər etdiyini qismən etiraf edib.

Polis bölməsində saxlanılan İ.Qasımov daha sonra polislərin gözündən yayınaraq qaçıb.

Hazırda onun yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.