Hadisə, Kriminal

İsrailin Azərbaycandakı səfirliyini partlatmaq istəyən iranlının kassasiya şikayəti təmin edilmədi

21 Aprel 2014 16:30
0 Şərh     Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ali Məhkəmədə Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun kassasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclası zamanı Feyzi Bəhrəm Həsən oğlunun vəkili prosesin istintaqla aparılması və digər məsələlər barədə vəsatət verib. Lakin məhkəmə vəsatətləri təmin etməyib. Kassasiya şikayəti məhkəmənin ilkin baxış iclasından verilib. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Aprelin 25-də apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdiriləcək.

İttiham aktına əsasən, İranın xüsusi xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Feyzi Bəhrəm Həsənoğlu İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşıb. Belə ki, Feyzi Bəhrəm Həsənoğlu ibtidai istintaq zamanı ifadəsində bildirib ki, 2006-cı ildə Bakıya köçüb və ETTELAAT-la qorxduğu üçün əməkdaşlıq edib.

Təqsirləndirilən şəxs ifadəsində həmin təşkilatın Bakıdakı İsrail səfirliyinin binası qarşısında razılaşdırılmamış aksiyaların keçirilməsini təşkil etmək, səfirliyin əməkdaşlarına xəsarət yetirmək və binanı partlatmaq kimi tapşırıqlar aldığını bildirib.

Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Feyzi Bəhrəm Həsənoğlu 15 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.