Hadisə, Kriminal

Bakıda mənzillərə divan tutan oğru dəstəsi peyda olub

21 Aprel 2014 13:01
0 Şərh     Baxış: 2 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Xətai rayonu ərazisində mənzil oğruları peyda olublar. Onlar ötən gün bir neçə saat ərzində iki mənzildən külli miqdarda pul və qızıl aparıblar.

Dünən İsgəndər Əzimovun evinə girən oğrular 7900 manat, 3000 manat dəyərində qızıl oğurlayıblar. Onlar ev sahibləri evdə olmayan zaman pəncərələri çıxararaq içəri daxil olublar.

Təxminən eyni vaxtda Maya Vəliyevaya məxsus evə də oğrular giriblər. Qapını açarseçmə üsulu ilə açan şəxslər evdən 1500 manat pul, 1000 manatlıq qızıl və noutbuk oğurlayıblar.

Xətai Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, oğruların tutulması istiqamətində əməliyyat tədbirləri aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.