Hadisə, Kriminal

Pakistan vətəndaşı Bakıda oğurluq etdi

21 Aprel 2014 11:21
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Pakistan vətəndaşı oğurluq edib

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1963-cü il təvəllüdlü, Bakı şəhər sakini Elman Buludxan oğlu Heydərov ərizə ilə polisə müraciət edərək bildirib ki, ötən gecə saat 01:15 radələrində rəhbərlik etdiyi "CDC Ltd." şirkətinin anbarından açar seçmə yolu ilə 300 manat dəyərində meyvə-tərəvəz məhsulları oğurlanıb.

Şirkətin təhlükəsizlik kamerasına baxış keçirilərkən məlum olub ki, oğurluq hadisəsini həmin şirkətdə aşpaz işləyən Pakistan vətəndaşı, 1984-cü il təvəllüdlü Afzal Vasim törədib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.