Hadisə, Kriminal

Bakıda silsilə oğurluq edən kişi qandallandı

18 Aprel 2014 12:46
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda silsilə oğurluqlar edən şəxs həbs edilib. Onu Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşları yaxalayıblar. Oğurluqda şübhəli bilinən Hafiz Qocayev Qax rayon sakinidir və əvvəllər məhkum olunub.

Hafiz Qocayev 2013-cü il dekabrın 21-də Anar Məmmədovun A.Mirzəyev küçəsindəki evindən oğurluğa cəhd edib . Daha sonra bu il yanvarın 15-də Ramin Zəkiyevin N.Abdullayev küçəsindəki evindən qızıl-zinət əşyaları, fevralın 3-də Məmməd Niftiyevin evindən 1100 manat və qızıl-zinət əşyaları, fevralın 13-ü Sevda Qarayevanın O.Vəliyev küçəsindəki mənzilindən 427 manat, 2 ədəd mobil telefon, 2 ədəd noutbuk və 1 ədəd dəri gödəkçə oğurlayıb.

Bundan başqa, martın 5-də Misir Bəşirovun M.Ağayev küçəsindəki evindən 1800 manat, noutbuk və qızıl-zinət əşyaları, martın 17-də Səfər Mərdiyevin N.Abdullayev küçəsindəki evindən qızıl-zinət əşyaları, martın 26-da Y.Səfərov küçəsində kirayədə yaşayan Kərəm Hüseynovun evindən 200 manat və qızıl-zinət əşyaları, martın 16-da Həlimə Sadıxovanın P.Fərzəliyev küçəsindəki evindən qızıl-zinət əşyaları, aprelin 5-dən 7-dək olan müddətdə isə N.Abdullayev küçəsində yaşayan Ədhəm Abdullayevin evindən 327 manat və qızıl-zinət əşyaları qarət edib.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.