16:59
Sevgilisi tərəfindən balta ilə xəsarət yetirilən Şəmkir rayon sakini Sevil Həsənovanın səhhəti ilə bağlı həkim açıqlama verib.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, həkim Elşən Quliyev deyib ki, xəstə başın çoxsaylı kəsilmiş yaraları, açıq kəllə-beyin travması və təpə sümüklərinin açıq sınığı diaqnozu ilə xəstəxanaya daxil olub: "Xəstə kamatoz vəziyyətdədir. Yardım göstərilib. Həkim nəzarəti ilə Bakı şəhərinə göndərilir".
Cinayəti törədən Müşfiq Əmirov isə polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. İlkin məlumata görə Müşfiq Əmirov hadisəni törədən zaman sərxoş olub.
Şəmkir rayon prokurorunun köməkçisi Rəcəb Tağıyev: "15 aprel 2014-cü il tarxidə əvvəlcədən özü ilə götürdüyü çapacaq aləti ilə Sevil Həsənovanın işlədiyi Sevil Qazıyeva küçəsində yerləşən qadın geyimləri mağazasına gələrək Sevil Həsənovanın baş və digər bədən nahiyələrindən ağır bədən xəsarətləri yetirərək, huşsuz vəziyyətə saldıqdan sonra hadisə yerindən qaçıb".
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
---------
16:31
Bu gün səhər saat 11:30 radələrində Şəmkir rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 45 yaşlı Müşfiq Əmirov ailə münasibətlərinin pozulması zəminində qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Həsənovaya balta ilə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirib.
Yaralı ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Sevil Həsənovanın vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.
Cinayəti törədən Müşfiq Əmirov isə polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Milli.Az
---------
16:43
Böyütmək üçün şəkillərə klikləyin.
Hadisə, Kriminal
Azərbaycanda kişi sevgilisini baltaladı - YENİLƏNİB - FOTO
15 Aprel 2014 16:59
8 Şərh
Baxış: 5 049
XƏBƏR LENTİ
- Vuçiçi ölümlə təhdid edən şəxsi saxlanıldı
- Yanaraq külə dönən “Ağ çiçəyim”in hazırki halı - VİDEO
- XİN-dən Fransaya CAVAB
- Nazilə xına məclisində DOLLAR PAYLADI, sonra isə... - VİDEO
- Avropa çempionatına qatılacaq bədii gimnastlarımız bəlli olub - HEYƏT
- Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?
- Prezidentin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü başlayıb
- Vardanyanın həbs müddəti uzadıldı
- Gürcüstanda dövlət çevrilişi hazırlanır - Görün hansı ölkələrin əli var
- AFFA-dan “Zirə”yə xəbərdarlıq
- II və III qruplar üzrə qəbul imtahanları bu tarixdə keçiriləcək
- Xalq artisti: "Bu yaşımda söyülürəm"
- İrəvanda polis hökumət binasını mühasirəyə aldı
- Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı
- Texasda barj dəhşətli qəza törətdi: Körpünün bir hissəsi uçdu - VİDEO
- Avtomobilin gec işə düşmə səbəbləri
- Dövlət sərhədini pozmaq istəyən 10 nəfər saxlanıldı
- Tiktokda "Muzey gecəsi"
- Möhtəşəm HUAWEI MATEBOOK D16 - FOTO
- Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı qərar verildi
- Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
- "Antibiotik əvəzinə sarımsaq yeyirəm"
- Manuel Noyerin həsəd apardığı 11 futbolçu - SİYAHI
- “Məni tənqid edənlər dişini yumayanlardır” - VİDEO