Suriyada öldürülən daha bir azərbaycanlının adı məlum olub. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar zamanı bir neçə gün əvvəl Suriyada yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Ceyhun Bayramovla birlikdə həlak olan şəxsin onun bacısının əri, "Abdul Məcid" ləqəbli Ağakişiyev Aydın Rais oğlu olduğu müəyyənləşib.
Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan bir neçəsinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun bacısının ərinin də həlak olduğu bildirilir. Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını deyib. C.Bayramov yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü olub.
Milli.Az
Hadisə, Kriminal
Güləş üzrə çempionla birgə Suriyada həlak olan Azərbaycan vətəndaşının adı açıqlandı
2 Aprel 2014 19:27
1 Şərh
Baxış: 2 088
XƏBƏR LENTİ
- Corc qardaşının hazırkı vəziyyətindən danışdı - FOTO
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO