Hadisə, Kriminal

Bakıda silsilə oğurluqlar

2 Aprel 2014 13:27
0 Şərh     Baxış: 1 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda silsilə oğurluqlar törədən şəxslər ələ keçiblər. Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, martın 28-nə keçən gecə Binəqədi qəsəbəsi M.Ələkbərov küçəsində yaşayan Bəxəddin Mirzəyevin evindən pəncərəni sındırmaq yolu ilə 50 manat və 1 cüt sırğa oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Səmaləddin Cəfərov tutulub.

Müəyyən edilib ki, o martın 23-də M.Ələkbərov küçəsində Eynulla Məmişovun evindən pəncərənin çərçivəsini çıxarmaq yolu ilə siqaret, martın 27-də Ələkbərov küçəsində Səriyyə Çobanovanın evindən mobil telefon, bərbər alətləri, martın 29-da M.Ələkbərov küçəsində İlqar Məlikovun evindən isə bir cüt ayaqqabı oğurlanıb.

Fevralın 17-dən 26-dək olan müddətdə isə Biləcəri qəsəbəsində Cavanşir Mayılovun evindən, plastik pəncərəni açmaq yolu ilə fotoaparat və 2 ədəd qol saatı oğurlanıb. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin CəfərovHacıbala Tağıyev fevralın 26-da yaxalanıblar.

Müəyyən edilib ki, onlar fevralın 1-nə keçən gecə Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan İzzət Məmmədovanın evindən qızıl-zinət əşyaları, bijuteriya, 2 ədəd noutbuk, 3 ədəd mobil telefon, fevralın 7-də Binəqədi yolunda Teymur İbrahimovun evindən 5 min manat, fotoaparat, 3 ədəd mobil telefon, fevralın 12-də M.Abdin küçəsində yaşayan Azər Zeynalovun evindən 2600 manat və qızıl boyunbağı oğurlayıblar.

Fevralın 8-nə keçən gecə, Binəqədi rayonu F.Məlikov küçəsində Teyyub Əliyevə məxsus "VAZ-2107" markalı avtomobildən, şüşəni sındırmaq yolu ilə maqnitofon oğurlanıb. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar Eldar BalışovRasim Şükürov tutulublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.