Hadisə, Kriminal

Arvadının qulağını kəsən şəxsin apellyasiya məhkəməsi başladı

2 Aprel 2014 12:57
0 Şərh     Baxış: 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Astara rayon sakini Çingiz Mehdiyevin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

Bu barədə APA-ya məlumat verən Ç. Mehdiyevin vəkili Natiq Əsədov bildirib ki, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2 (xüsusi amansızlıqla zərərçəkənə ağır iztirablar vermək), 145.2.5 (zərərçəkmiş şəxsin həyatı üçün təhlükə yaratmaqla qanunsuz azadlıqdan məhrum etmə), 145.2.6 (silahdan istifadə etməklə qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə təqsirli bilinir.

Astara Rayon Məhkəməsinin hökmü ilə N. Mehdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.