Hadisə, Kriminal

Bakıda Facebook "razborkası": bıçaq ürəyə sancıldı - YENİLƏNİB

2 Aprel 2014 13:04
9 Şərh     Baxış: 5 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:04

Bakıda törədilən Facebook cinayətinin "qəhrəman"ı məlum olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məktəblini Facebook mübahisəsi üstündə öldürənin Tovuz rayon sakini Elsevər Məmmədov olması müəyyənləşdirilib.

Cinayət işinin istintaqını Bakı Şəhər Prokurorluğu aparır.

----------
11:01

Bakıda Facebook yazışması qanlı sonluqla bitib. Məktəbli oğlan amansızlıqla öldürülüb.

Binəqədi rayonunda 16 yaşlı Mobil Abdullayev hələlıik adı açıqlanmayan şəxslə yazışıb və bir-birini söyüblər. Mübahisəni həll etmək üçün Binəqədi şossesində, "Davud market"in qarşısında görüş təyin ediblər. Görüş yerinə gələn həmin şəxs Mobilə çoxsaylı bıçaq zərbələri vurub. Orta məkrtəbin 10-cu sinfində oxuyan Mobili ağır vəziyyətdə 1 saylı şəhər Xəstəxanasına aparsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, qətli törədən şəxs müəyyən edilib. Hazırda onun tutulması üçün tədbirlər görülür.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.