Hadisə, Kriminal

Zaqatalada piyada vurulub

2 Aprel 2014 10:36
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Muxax kəndi ərazisində baş verib.

Bakı şəhər sakini, hazırda Muxax kəndində müvəqqəti kirayədə yaşayan Yavər İlyas oğlu Kərimi idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən, yolun kənarı ilə hərəkət edən piyada - 1965-ci il təvəllüdlü, rayonun Muxax kənd sakini Yusif Cəbrayıl oğlu Əliyevi vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Yusif Əliyev Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Yusif  Əliyevin hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.