Hadisə, Kriminal

Pul qazanarkən dost, çörək kəsəndə düşmən oldular

2 Aprel 2014 10:51
4 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qonaq ev sahibinin qanını töküb. Bir yerdə çörəkpulu qazanan dostların məclisi düşmənçiliklə bitib.

Hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Tikintidə fəhlə işləyən Məmməd Məmmədov dostu Yadigar Əliyevibıçaqlayıb. Hadisə baş verən gün Yadigar Məmədi evinə qonaq çağırıb. Yeyib-içən zamn mübahisələri düşüb. Bu zaman bıçağa əl atan qonaq ev sahibinə 22 bıçaq zərbəsi vurub.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, M.Məmmədov artıq saxlanılıb. Onun barəsində cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.