Hadisə, Kriminal

Gəncədə bir qadın və üç kişi bıçaqlanıb

2 Aprel 2014 09:15
1 Şərh     Baxış: 1 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına üzərində kəsilmiş-deşilmiş yarası olan 4 xəstə daxil olub.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, olnlardan biri qadın, üçü isə kişidir. Hər dörd xəstə şəhərin müxtəlif ərazilərində şəxsi münasibətlər zəminində bıçalanıb. İlk yaralı şəhər sakini 38 yaşlı Anjela Xəlilova olub.  Bir bıçaq zərbəsi alan qadın ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Kəsici alətlə xəsarət alan digər bir nəfər isə Gəncə sakini 25 yaşlı Tahir Əliyevdir. Dərhal əməliyyat olunan yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Bıçaq zərbəsinə tuş gələnlər sırasında şəhər sakini  57 yaşlı İsmayıl Məmmədov da var. Ağır dərəcəli sərxoş olan yaralının vəziyyəti kafi kimi qiymətləndirilir. Günün sonuncu bıçaqlanma hadisəsi isə Gülüstan qəsəbəsində qeydə alınıb. Kəlbəcər sakini 18 yaşlı Səxavət Məmmədov tanımağı şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal əməliyyat olunub. Vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hər üç hadisə ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Rəfail Əsədov, həkim: "Şöbəyə bir neçə saat ərzində ard-arda 4 xəstə daxil olub. Onların hamısının üzərində kəsilmiş-deşilmiş yara aşkarlanıb. Bütün xəstələrdə yaralar işləndi. İlkin zəruri yardımlar göstərildi. İki xəstə öz istəyi ilə evə buraxıldı. Digər iki nəfər isə palataya yerləşdirilib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.