Hadisə, Kriminal

Bakıda bahalı maşınlar toqquşdu - FOTO

2 Aprel 2014 09:20
1 Şərh     Baxış: 4 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Səbail rayonu, Neftçilər prospektində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə prospektdə nəqliyyatın intensiv hərəkəti zamanı qeydə alınıb. Tofiq Həşimovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetməni itirərək, əvvəlcə İsmət Nəzərovun idarə etdiyi "Mercedes" və türk əsilli Fatih İlilaqın idarə etdiyi "AUDİ" markalı avtomobilləri əzib, daha sonra isə Kamil Sadıqovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, "VAZ 2106" ciddi deformasiyaya uğrayıb. Xoşbəxtlikdən qəza nəticəsində ciddi xəsarət alan olmayıb. Hadisə yerinə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları gəliblər.
 
İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya "BMW" markalı avtomobilin sürücüsü Tofiq Həşimovun maşını yüksək sürətlə idarə etməsi səbəb olub.
 
Qəza ilə əlaqədar Neftçilər prospektində bir müddət tıxac yaranıb. Maşınlar evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırıldıqdan sonra, prospektdə nəqliyyatın hərəkəti normallaşıb.  Faktla bağlı Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.