Hadisə, Kriminal

Gəncədə gənc qızı maşın vurdu

31 Mart 2014 20:35
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncədə yolu keçmək istəyən 22 yaşlı qız avtomobil tərəfindən vurulub.

Milli.Az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Təbriz küçəsində baş verib.

1992-ci il təvəllüdlü şəhər sakini, Qurbanova Səriyyə yolu keçmək istəyərkən, Daşkəsən rayon Xoşbulaq kənd sakini, 1979-cu il təvəllüdlü Sakit Hüseynovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.