Hadisə, Kriminal

Azərbaycanda zibillikdən körpə meyiti tapıldı

31 Mart 2014 18:34
34 Şərh     Baxış: 5 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir şəhərində zibillikdən naməlum körpə meyiti tapılıb

APA-nın məlumatına görə, bu gün şəhərin şimalında yerləşən Bozdağın ətəyindəki zibil poliqonundan yeni doğulmuş qız uşağının cəsədi aşkarlanıb.

Şahidlərin sözlərinə görə, cəsəd un kisəsinin içərisində olub.

Kisəyə uşaqla yanaşı, zibil də doldurulub.

Hadisənin necə və hansı şəraitdə baş verməsi, uşağın valideyninin kim olması və onun nəyə görə zibilliyə atılması hələlik məlum deyil.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.