Hadisə, Kriminal

Oğru iş başında yaxalandı

31 Mart 2014 15:44
0 Şərh     Baxış: 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalada oğurluq hadisəsi baş verib. Lakin oğru elə iş başındaykən ələ keçirilib. Hadisə Faiq Əmirov küçəsi, ev 20-də baş verin. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, ev sahibi evə naməlum şəxsin daxil olduğunu görüb. O, dərhal ərazidə olan post patrul xidmətinin əməkdaşlarına xəbər verib. Dərhal hadisə yerinə gələn post patrul xidmətinin əməkdaşları oğrunu elə iş başında həbs ediblər.

Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd edən şəxs 1986-cı il təvəllüdlü, Zaqatala şəhər sakini Kənan Elxan oğlu Nağıyevdir. Zaqatala RPŞ-dən bildirilib ki, Kənan Nağıyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib, hazırda Goranboy rayonunda fəaliyyət göstərən məntəqə tipli cəzaçəkmə müəssisəsində şərti cəza çəkir. Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, Kənan Nağıyevin rayonda baş vermiş digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.