Hadisə, Kriminal

Zaqatalada narkotik tüccarı tutuldu

31 Mart 2014 15:26
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs həbs edilib. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü, Zaqatala şəhəri, S.Kazımov küçəsi, ev 4-də yaşayan Lebeyev Oqtay Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə Oqtay Lebeyevin üzərində aparılan axtarış zamanı bir qram ağır narkotik vasitə hesab olunan heroin və narkotik vasitələrin istifadəsi üçün lazım olan vəsait aşkarlanaraq götürülüb. Oqtay Lebeyev polis əməkdaşları tərəfindən həbs edilərək Zaqatala RPŞ-ə aparılıb.

Zaqatala RPŞ-dən bildirilib ki, Oqtay Lebeyev əvvəllərdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkumluq həyatı yaşayıb. Fakla bağlı Zaqatala RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.