Hadisə, Kriminal

Bakıda mağazalardan silsilə oğurluqlar etmiş şəxs tutuldu

31 Mart 2014 12:18
0 Şərh     Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mağazalara qənim kəsilmiş oğru tutulub

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da Bakı şəhər sakini Seymur Quliyevə məxsus, D.Əliyeva küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə pul və 2 ədəd mobil telefon oğurlanıb. Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsi, 19-cu və 22-ci Polis bölmələri əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini Pərviz Niyazov tutulub.

Müəyyən olunub ki, o martın 24-də A.Məhərrəmov küçəsində yerləşən, Suzanna Abdullayevaya məxsus gözəllik salonundan açarseçmə yolu ilə 100 manat, martın 28-nə keçən gecə H.B.Əliyev küçəsində yerləşən Rübail Rüstəmova məxsus mağazadan nəfəsliyin dəmir barmaqlığını sındırmaq yolu ilə 800 manat oğurlayıb, Kazımovski küçəsində yerləşən, Gülyaz Həsənovaya məxsus aptekdən nəfəslikdən keçmək yolu ilə oğurluğa cəhd edib, martın 29-da M.Cəfərov küçəsində yerləşən, Elşad Salahova məxsus mağazadan qapını sındırmaq yolu ilə 70 manat qarət edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.