Hadisə, Kriminal

Bakıda qadın ona kəllə atan rəfiqəsinin xirtdəyini üzdü - YENİLƏNİB

31 Mart 2014 12:02
15 Şərh     Baxış: 9 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:02

Bakıda törədilən qətllə bağlı maraqlı faktlar ortaya çıxıb.

APA-nın əldə etdiyi məlumata görə, Binəqədi rayonunda tanışı Sevinc Hüseynova tərəfindən boğularaq öldürülən Yasəmən Süleymanovanın Qarabağ müharibəsinin iştirakçısı olduğu məlum olub.

Y. Süleymanova Qarabağ müharibəsində iştirak edib və bir neçə dəfə ağır yaralanıb.

3-cü qrup əlil olan Y. Süleymanova müharibədən sonra sürücülüklə məşğul olurmuş.

Qətlə iki qadın arasında şəxsi münasibətlər zəminində düşən mübahisənin səbəb olduğu bildirilir.

---------
10:46

Bakıda baş vermiş qadın qətlinin təfərrüatları məlum olub. Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, 43 yaşlı Yasəmən Salıyeva ilə onu öldürən 48 yaşlı Sevinc Hüseynova yaxın rəfiqə olublar. Dünən Sevinc həmişə olduğu kimi rəfiqəsinin evinə gedib. Orada hələlik bilinməyən səbəbdən mübahisələri düşüb. Bu zaman Yasəmən Sevincə kəllə atıb. Əsəbləşən Sevinc əllərini onun boğazına keçirib. Nəfəsi canından çıxana qədər buraxmayıb və Yasəmənin canı bədənindən ayrılana qədər saxlayıb. Öldürəndən sonra isə polisə gedərək təslim olub.

---------
10:11

Bakıda tanışını corabla boğan qadın polisə təslim olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 29-da Bakı şəhər sakini Sevinc Hüseynova M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan tanışı Yasəmən Salıyevanın mənzilinə gələrək şəxsi münaqişə zəminində onu kapron corabla boğaraq öldürüb.

S.Hüseynova ertəsi gün, martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.