Hadisə, Kriminal

Azərbaycanda qəzaya düşən sürücü avtobusu yaralı sərnişinləri ilə birlikdə yolda qoydu

31 Mart 2014 09:48
0 Şərh     Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qarlı hava şəraiti Göygöl rayonunda 2 yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

Sərnişin avtobusu ilə minik maşınının toquşması səbəbindən 5 nəfər yaralanıb. Yaralıların vəziyyəti orta ağırdır. Qəzadan sonra avtobusun sərnişinləri saatlarla yolda gözləməli olublar. Onların sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub uzaqlaşıb. Ağır yol nəqliyyat hadisəsinə ilkin səbəb kimi yolun qarlı olması və sürücü ehtiyatsızlığı göstərilir. "Niva"nın sürücü isə qəzanın anidən baş verdiyini bildirir.

İkinci hadisə isə Göygöl-Gəncə yolunun 4 km-də qeyd alınıb. Daskəsən sakini Əli Hüseynov idarə etdiyi avtomobillə Göygol istiqamətində olarkən yolun qarlı olması nəticəsində idarəetməni itirib. Nəticədə əks istiqamətdə gələn Gəncə sakini İlqar Yusibova məxsus "VAZ" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ 21015"in sərnişini Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə Göygol Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparlır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.