Hadisə, Kriminal

Gəncədə sms qadının həyatını bitirdi - YENİLƏNİB

31 Mart 2014 13:53
39 Şərh     Baxış: 9 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
13:53

Qısqanclıq zəminində arvadını qətlə yetirmiş Gəncə şəhər sakini könüllü olaraq təslim olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 30-da Gəncə şəhər sakini Natiq Bayramov Gülüstan qəsəbəsindəki evində qısqanclıq zəminində arvadı Gülnarə Teyyub qızı Bayramovanı bıçaqla qətlə yetirib.

Natiq Bayramov könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək təslim olub.
Qeyd edək ki, Natiq Bayramov əvvəllər də məhkumluq həyatı yaşayıb.

----------
12:12

Martın 30-da Gəncə şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, Gülüstan qəsəbəsində 43 yaşlı Natiq Bayramov həyat yoldaşı, 34 yaşlı Gülnarə Bayramovanı qısqanclıq zəminində qətlə yetirib. Bildirilir ki, N.Bayramov xeyli müddət imiş ki, həyat yoldaşının mobil telefonuna tanımadığı nömrədən SMS-lərin gəldiyini müəyyənləşdirib. O, bir neçə dəfə SMS-lərin gəldiyi nömrəyə zəng vursa da, qarşı tərəf cavab verməyib. Şübhələri daha da artan N.Bayramov həyat yoldaşından məsələyə aydınlıq gətirməsini istəyib və beləliklə ailədə münasibətlər daha da gərginləşib. Sonuncu SMS-dən sonra isə N.Bayramov 34 yaşlı arvadını öldürmək qərarına gəlib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

---------
09:21

Gəncədə ər arvadını öldürüb.

Trend bildirir ki, hadisə şəhərin Gülüstan yaşayış massivində yerləşən ADAU-nun yataqxanasının ərazisində baş verib.

Gəncə şəhər sakini 43 yaşlı Natiq Bayramov həyat yoldaşı 34 yaşlı Gülnarə Bayramovanı bıçaqlayıb.

Hadisə, ilkin ehtimallara görə, ailə münaqişəsi zəminində baş verib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.