Hadisə, Kriminal

Azərbaycanda minik maşını yoldan çıxdı, yaralı var

31 Mart 2014 09:01
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gecə Şəkidə ağır yol qəzası baş verib.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, qəza Məmməd Əmin Rəsulzadə prospektində qeydə alınıb. 1971-ci il təvəllüdlü Mustafayev Rasim Yusif oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yoldan çıxaraq arxa düşüb. Nəticədə sürücü ağır xəsarət alıb və dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəza zamanı avtomobilə də ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Şəki Rayon Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.