Hadisə, Kriminal
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda "Lukoil"da partlayış: həlak olanların adları açıqlandı - YENİLƏNİB - FOTO
13 Fevral 2014 20:04
21 Şərh
Baxış: 22 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20:04
Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, bu gün Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yeraltı qaz çənində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
---------
18:01
Milli.Az baş verən partlayışla bağlı bəzi təfərrüatlar əldə edib. Məlum olub ki, hadisə yanacaqdoldurma məntəqəsində deyil, yanacaq bazasında baş verib. Həlak olanlardan iki nəfər gənc təmir işləri həyata keçirilən bazada montajçı-qaynaqçı işlərini görürdü.
Mingəçevir və Beyləqandan Bakıya işləməyə gələn gənclər subay idilər. Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs isə evli olub.
--------
17:16
Bakıda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı ölənlərin sayı iki nəfərə çatıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xətai rayonu Ramiz Quliyev küçəsi 6 ünvanında yerləşən "LUKoil" yanacaqdoldurma məntəqəsində təmir işləri aparan zaman partlayış olub. Nəticədə təmir aparan iki ustadan biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: "Xətai rayonunda yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfərdə - Şamxal Orucovda həkiməqədərki ölüm qeydə alınıb, digər yaralı Həsrət İmamverdiyev isə ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib".
Partlayış zamanı "Mitsubishi" markalı 10 PK 441 dövlət nömrə nişanlı avtomobil yanaraq yararsız hala düşüb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparırlar.
X X X
Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yanındakı yanacaqdoldurma stansiyasında partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə stansiyanın yeraltı qaz çənində qaz sızması nəticəsində baş verib.
Məlumata görə, partlayış nəticəsində yanğın olmayıb.
----------
17:04

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə APA-ya bildirilib ki, hadisə barədə Təcili Yardıma çağırış saat 16:20-də daxil olub: "Xətai rayonunda yerləşən "LUKoil" şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə zamanı 1 nəfər həkim yetişənə qədər ölüb, digər yaralı isə təcili yardım tərəfindən yox, ətrafdakı insanların köməkliyi ilə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib".
Hazırda Fövqəladə Hallar Nazirliyinin, polis və prokurorluq əməkdaşları hadisə yerində araşdırma aparır.
---------
16:42
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından Milli.Az-a bildirildi ki, yanacaqdoldurma məntəqəsinin ərazisində qaz partlayışı olub. Partlayış nəticəsində bir nəfər ölüb, digəri isə yaralanıb. Ölən şəxs parça-parça olub. Yaralı isə yaxınlıqdakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
-----------
16:37
Bakı şəhəri günün ikinci dəhşətli partlayış şokunu yaşayır. Bu dəqiqələrdə Fəhlə prospektində, "Lukoil" yanacaqdoldurma məntəqəsinin ərazisində partlayış olub. Yaralıların olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər gediblər. Partlayış "Radiozavod" adlanan ərazidə, yanacaqdoldurma məntəqəsinin ərazində baş verib.
---------
16:29
Milli.Az-a daxil olan məlumata görə, Bakıda, Fəhlə prospektində, yanacaqdoldurma məntəqəsinin yanında partlayış olub.
Anar Məmmədov, Teymur Hacıyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
------------
17:13

---------
16:35

Fotolar: Milli.Az, Ruslan Mehrəliyev

XƏBƏR LENTİ
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)