Hadisə, Kriminal

Mingəçevirdə avtobus minik maşını ilə toqquşdu, yaralananlar var

17 Avqust 2010 11:42
Baxış: 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saat 07:20 radələrində Mingəçevirin Təbriz küçəsindəki dairəvi yolayrıcında qeydə alınıb.

Qəza zamanı 32 yaşlı Mustafayev Şahin Yaqub oğlunun idarə etdiyi 25-BB-332 dövlət nömrə nişanlı "İkarus" markalı sərnişin avtobusu qarşı tərəfdən gələn 24 yaşlı Ramazanov Rafael Əsail oğluna məxsus 45-BA-873 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində "Jiquli"nin sürücüsü Rafael Ramazanov, sərnişinlər - 29 yaşlı Novruzova Maya Binnət qızı, 32 yaşlı Novruzova İlhamə Ələsgər qızı və 60 yaşlı Məmmədov Əsail Zahid oğlu ağır bədən xəsarətləri ilə Mingəçevir mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.