Azərbaycan səhəri dəhşətli qəza ilə açdı: 2 ölü, 3 yaralı - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Qazax yolunda baş verən ağır avtomobil qəzası zamanı ölən 2 nəfərin və xəsarət alan 3 nəfərin adı məlum olub. APA-nın məlumatına görə, martın 25-də səhər saat 10:00 radələrində Kürdəmirin Karrar kəndi ərazisində "Tofaş", "VAZ 2109" və "VAZ 2107" markalı minik maşınlarının toqquşması nəticəsində 1955-ci il təvəllüdlü Abdullayev Yaqub Musa oğlu, 1937-ci il təvəllüdlü Səmədov Rafiq Lətif oğlu aldığı xəsarətlər səbəbindən dünyasını dəyişib, 1955-ci il təvəllüdlü Səmədova Ülkər Cəlil qızı, 1988-ci il təvəllüdlü Səmədova Qərənfil Canpolad qızı, 1988-ci il təvəllüdlü Səmədov Lətif Rafiq oğlu isə ağır bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
---------
10:48
Kürdəmir rayonu ərazisində dəhşətli yol qəzası olub.
Fərid adlı oxucunun Milli.Az-a verdiyi məlumata görə, bu gün saat 10 radələrində "VAZ 2109" və "Tofaş" markalı avtomobillər toqquşub.
Qəza Kürdəmir rayonunun Karrar kəndi ərazisində baş verib.
Qəza zamanı 3 nəfər yerindəcə keçinib. "VAZ-2109"un sürücüsü isə xəsarət alıb. Ölənlərdən biri "Tofaş" markalı avtomobilin sürücüsüdür.
Qəza yolda hərəkətin dayanmasına səbəb olub.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a fakt təsdiqlənsə də, ətraflı məlumat verilmədi. Qəza bir neçə dəqiqə əvvəl baş verdiyindən hadisənin təfərrüatı barədə məlumat yoxdur.
Anar Məmmədov
Milli.Az
XƏBƏR LENTİ
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)





