Hadisə, Kriminal

Axtarışda olanlar tapıldı

12 İyun 2012 17:42
0 Şərh     Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakı şəhər baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rauf Korobeynikov tutulub.

Nərimanov RPİ 17-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz keçirmə) maddəsi ilə axtarışda olan Pərviz Xanzadə yaxalanıb.

Nəsimi polisi isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarılan şəxsi tutub. Axtarışda olan Rauf Əhmədov Nəsimi RPİ cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.