Kriminal

Rusiyada azərbaycanlı tanışı ilə birlikdə qaraj oğurladı

14 Noyabr 2019 14:55
0 Şərh     Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Həştərxan vilayətində oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunlar 32 yaşlı vilayət sakini və tanışı, 38 yaşlı Azərbaycan vətəndaşıdır. 

Məlumata görə, onlar avqust ayında vilayətdəki qarajlardan birindən oğurluq etməkdə şübhəli bilinirlər.

Polisdən bildirilib ki, saxlanılan şəxslər nəinki əşyaları, hətta dəmir qarajın özünü də oğurlayıblar. 

Ümumilikdə dəyən zərərin 200 min rubldur (5300 AZN - red.). 

Saxlanılan şəxslər oğurladığı mallardan 65 min rubl (1700 AZN - red.) pul əldə edib və onu aralarında bölüb. 

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.