Kriminal

Mingəçevirdə oğul ananı bıçaqlayıb

24 İyun 2019 11:59
4 Şərh     Baxış: 1 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə oğul ananı bıçaqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsi 10/1 ünvanında baş verib.

İlkin məlumata əsasən, ailə münaqişəsi zəminində həmin ünvanda yaşayan oğul 1976-cı təvəllüdlü anası Mustafayeva Vüsalə İman qızını bıçaqlayaraq ağır xəsarət yetirib. Yaralı qadın təcili xəstəxanaya yerləşdirilib. 

Anasını bıçaqlayan şəxs artıq saxlanılıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı şəhər sakini Tehran saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.