Kriminal

Sevgilisini bıçaqlayan qadın azadlığa buraxıldı

17 Aprel 2019 18:41
1 Şərh     Baxış: 997

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Gülnar Şərifovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, G.Şərifova barəsində şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

İttihama görə, hadisə 2018-ci ilin iyun ayının 1-də Bakı şəhərində baş verib. G.Şərifova qeyri-rəsmi yaşadığı, özündən beş yaş kiçik olan Elçin Zeynalovla mübahisə edib. Mübahisə zəminində o, E.Zeynalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. 

İstintaq dövründə G.Şərifova barəsində Cinayət Məcəlləsinin 126.1-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    &&&&& · 17 Aprel 19:5242

    Elədə olmalı idi. Haqq ədalət öz yerini tapır həmişə.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.