Kriminal

Şəkidə maskalı şəxslər yanacaqdoldurma məntəqəsinə hücum etdilər - VİDEO - FOTO

26 Yanvar 2018 13:53
0 Şərh     Baxış: 2 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvarın 25-nə keçən gecə Şəki Şəhər Rayon Polis Şöbəsinə  yanacaqdoldurma məntəqəsində  baş vermiş quldurluq hadisəsi barədə məlumat daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla saat 6 radələrində Kiçik Dəhnə kəndindəki "Dəhnə petrol" yanacaqdoldurma məntəqəsinə gəlmiş 2 maskalı şəxsin oradakı yardımçı otağın pəncərə şüşəsini sındırması, orada işləyən operator Azad Məmmədovu bıçaq və taxta parçası ilə hədələyərək pul verməsini tələb etmələri, müqavimətlə rastlaşdıqlarından isə qaçaraq aradan çıxdıqları məlum olub.

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər qısa zamanda müəyyən edilib və əməliyyat-axtarış tədbirləri ilə onlardan biri - Kiçik Dəhnə kənd sakini Tacı Mənəfli "isti izlər"lə saxlanılıb. Polis əməkdaşları tərəfindən ona məxsus "VAZ-21074" markalı avtomobilə baxış keçirilib və oradan 2 ədəd idman papağından hazırlanmış maska, 1 ədəd bıçaq, 1 ədəd yapışqanlı lent, 1 ədəd idman şalvarı və gödəkçə aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maskalılar yanacaqdoldurma məntəqəsinə basqın etdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.