DİN 10 gündür lənkəranlıları qorxu içində saxlayan qatil-manyakla bağlı xəbər yaydı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəranın Liman şəhərində törədilən qətlin və digər ağır cinayətlərin üstü qısa zamanda açılıb.
DİN-dən Milli.Az-a verilən məlumata görə, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayevanın və qızı, 48 yaşlı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilmələri barədə daxil olan məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Həkimlərin səyinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb, S.Məmmədova həmin gün, Humay isə yanvarın 20-də xəstəxanada ölüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yarandığından, o, görülmüş tədbirlərlə saxlanılaraq istintaqa cəlb olunub.
Araşdırmalarla F.Zeynalovun yanvarın 14-də həmyerliləri Heybət Abdullayevə və Nəcəfqulu Həsənova da həm kəsici, həm də küt alətlə xəsarətlər yetirməsi müəyyən edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və ruhi xəstə olduğu deyilən 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov yanvarın 21-də polislər tərəfindən saxlanılıb.
Pünhan Mirzə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Qazaxda 2 nəfər bıçaqlandı
-
Bakıda villada qanlı hadisə - (Video)
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Bəxtiyar Dali ilə bağlı qərar verildi
-
Polis əməliyyatlar keçirdi: 59 nəfər saxlanılıb
XƏBƏR LENTİ
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi
-
"Mehdi" saxlanıldı - (Foto)
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
-
Emre Mor futboldan uzaqlaşır: "Ağır qərara gəldim"
-
Alqışlar! Reputasiyanı itirdiniz! - Şirkətlər populyarlıq naminə necə risk edir?
-
Paşinyandan Ermənistanın gələcəyini dəyişəcək qərar - Yeni Konstitusiya layihəsi açıqlandı
-
Nigar Tofiqqızı libası ilə müzakirə yaratdı (Video)
-
Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
-
BDU-da dekan vəzifəsinə müsabiqə elan edildi
-
İstanbulda bələdiyyəyə əməliyyat - 10 nəfər saxlanıldı
-
Bakıda və Cəlilabadda iki piyadanı avtomobil vurub öldürdü
-
Ardadan fransalı futbolçuya maraqlı hədiyyə - (Foto)
-
Ad günündə birlikdə rəqs etmişdilər: Xalq artisti danışmaqda çətinlik çəkdi - (Video)
-
Yeni avtobus svetoforlarında hansı işıq nə deməkdir? - (Foto)
-
Nepalda 5,3 bal gücündə zəlzələ oldu
-
İranda müğənni şallaqlandı - (Foto)
-
Hacıqabulda ölüm hadisəsinin təfərrüatı açıqlandı: Kanalizasiya quyusu olmayıb
-
Dünya bazarlarında neftin qiyməti dəyişdi





