Kriminal

Bakıda ustaları döyən məmurun kimliyi bilindi

27 Fevral 2015 16:13
0 Şərh     Baxış: 3 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məhkəmə binasını təmir edən ustalarla məhkəmə işçiləri arasında baş verən insident haqda detallar məlum olub.

Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 25-də, saat 16 radələrində baş verib. Q.Qarayev prospekti 36 A-da yerləşən Nizami rayon məhkəməsinin icra şöbəsinin inzibati binasında Bakı şəhər sakinləri, məhkəmə işçisi, 1982-ci il təvəllüdlü Dadaş Fərhadov, ustalar, 1983-cü il təvəllüdlü Ziya Rəhmanov və qardaşı 1986-cı il təvəllüdlü Akşin xuliqanlıq zəminində bir-birilərini döyüblər. Nizami RPİ 25-ci PB tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mediada yayılan məlumata görə, ustalar binanı təmir etdikdən sonra onlara gördükləri işin pulu verilməyib və bu, davaya səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.