Kriminal

Bakıda 18 yaşlı gənc bıçaqlanıb

14 Yanvar 2015 09:42
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda 18 yaşlı gənc bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Yeni Yasamal-1 qəsəbəsində baş verib. Qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılan gəncin həyatını həkimlər xilas ediblər.
 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar.
 
İlkin araşdırma zamanı bıçaqlanan gəncin şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Yalnız o məlumdur ki, 18 yaşlı zərərçəkənin adının Rza, atasının adının Bahadur olduğu bildirilir. Amma polis əməkdaşları onunla bağlı ətraflı məlumat toplaya bilməyiblər. Çünki əməliyyat olunan yaralının dindirilməsinə icazə verilmir.
 
Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.