Kriminal

İki qardaşı bıçaqdan keçirdilər, biri öldü

27 Dekabr 2014 11:12
0 Şərh     Baxış: 1 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda qətl hadisəsi baş verib

APA-nın məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Cəbrayıl İlqar oğlu Ağayev şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədovları bıçaqla vuraraq, onlara müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilmiş Kamal Məmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəbrayıl Ağayev yaxalanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.